Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsə cəza verilib. Hökmə əsasən, o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə dekabrın 21-də Report məlumat yayıb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib, lakin şikayət təmin edilməyib.
Hadisə 2020-ci il mayın 8-də Tərtər şəhərinin Cavanşir küçəsində baş verib. Şəhər sakini Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.
Araşdırma zamanı müəyyən olunub ki, mərhum həmin gün gecə saatlarında polisə zəng edən qonşusu tərəfindən bıçaqlanaraq qətlə yetirilmişdir.