Əmək qanunvericiliyini pozan 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Bu haqda martın 9-da APA məlumat yayıb.
Vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2,8 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.
Vətəndaşlara ödənilməsi gecikdirilmiş 1,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin edilib.
Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 34 nəfər öz əvvəlki işlərinə bərpa edilib.