Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərin 103-ü, yəni üçdə ikisi elektronlaşdırılıb. Bu haqda məlumat 4 sentyabr tarixində nazirliyin saytında yerləşdirlib.
“Təkcə bu ilin 7 ayında nazirlik 120 min pensiya, müavinət və təqaüdün təyinatını e-qaydada həyata keçirib”, - deyə nazir Sahil Babayev məlumat verib. Nazirin sözlərinə görə, bu dövr ərzində ümumilikdə elektron qaydada 15 milyon xidmət göstərilib.
Elektronlaşma proqramının əsas məqsədi məmur-vətəndaş təmaslarının azaldılması, xidmətlərin şəffaflığının, operativliyinin və əlçatanlığının təmin olunmasıdır.
Vətandaşlar e-sosial.az portalından qeydiyyatdan keçdikdən sonra pensiya kapitalı, pensiya və təqaüdlər haqqında məlumatlar əldə edə bilərlər.
Həmçinin portalın “Android” və “İOS” əməliyyat sistemləri üzrə tətbiqləri də mövcuddur.