Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1200-ə çatıb. Bu barədə 9 noyabr tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
İş yerlərinə göndəriş verilənlərin böyük hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.
İşəgötürənlər proqrama linkə daxil olaraq qoşula bilərlər. Sözügedən proqram çərçivəsində işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.