Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu ilin əvvəlindən 332 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. Bu barədə martın 10-da Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Həmin şəxslərin bir hissəsi ilə artıq əmək müqavilələri bağlanıb.
2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ümumilikdə 219 işəgötürənlə əməkdaşlıq edilir. Onlarla imzalanan müqavilələr əsasında artıq 650 nəfər işlə təmin edilib.
İşəgötürənlər linkə daxil olaraq vakansiyalarını yerləşdirə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.