Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq. Bu haqda 2 sentyabr tarixində Təhsil Nazirliyi məlumat verib.
Tədris 1 oktyabrdan 31 maya qədər davam edəcək. Dərs ili ərzində payız tətili (16-20 noyabr), qış tətili (27-31 yanvar) və əlavə tətil (1-5 may) nəzərdə tutulub.