Ağsu rayonunun 2 saylı tam orta məktəbində vətəndaşı elektrik cərəyanı vuraraq öldürüb. Bu haqda yanvarın 11-də APA məlumat paylaşıb.
Məlumata əsasən, hadisə 34 yaşlı Qaraqoyunlu kənd sakini məktəbdə təmir işləri apararkən ehtiyatsızlıqdan baş verib.
Onun cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.