Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində namizədlərə təqdim olunan vakant yerlərin sayı artırılacaq. Bu barədə Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov oktyabrın 5-də məlumat verib.
Onun sözlərinə əsasən, cari ildə MİQ müsabiqəsində iştirakçılara 10 775 vakant yer təqdim olunub.
“Bu say daha da artacaq”, - deyə qurumun rəsmisi bildirib.
Qeyd edək ki, sentyabrın 22-24-də keçirilən MİQ müsabiqəsinin vakansiya seçimlərində iştirak edənlərdən 426 nəfər müddətli müqavilə ilə işə qəbul olunub.