“Məşğulluq marafonu”-na qoşulan işəgötürənlərin sayı artıq 499-dur. Bu barədə 14 sentyabr tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin iyun ayında başladılan “Məşğulluq marafonu”-nda işəgötürənlərin 262-si dövlət, 237-si özəl müəssisələrdir.
Sistemə ümumi 2388 vakansiya daxil edilib. Göndərişlər əsasında artıq 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub.
İşlə təmin olunmaq üçün şəhid ailəsi üzvləri və qazilər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.