“Məşğulluq marafonu” çərçivəsində 543 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyi 27 avqust tarixində öz rəsmi səhifəsində əlumat verib.
Marafona qoşulan işəgötürənlərin sayı 443-ə, təqdim edilən vakansiyaların sayı isə 2003-ə çatıb. İşəgötürənlərin 226-ı dövlət, 217-si isə özəl müəssisələrdir. İşlə təmin olunanlardan 104-ü şəhid ailəsi üzvü, 439-u isə qazidir.
İşlə təmin olunmaq üçün şəhid ailəsi üzvləri və qazilər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 47 mindən çox şəxs işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub.