“Məşğulluq marafonu” çərçivəsində 1 103 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Bu barədə 16 noyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Marafona qoşulan işəgötürənlərin sayı 579-a, təqdim edilən vakansiyaların sayı isə 3 472-yə çatıb. İşəgötürənlərin 306-sı dövlət, 273-ü isə özəl müəssisələrdir. İşlə təmin olunanlardan 171-i şəhid ailəsi üzvü, 932-i isə qazidir.
İşlə təmin olunmaq üçün şəhid ailəsi üzvləri və qazilər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.