2021-ci ilin iyun ayından bu günə kimi “Məşğulluq marafonu”na 593 işəgötürən qoşulub və 3760 vakansiya elan olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 dekabr tarixində məlumat verib.
Keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək olmaqdır. Sözügedən kateqoriyadan olan 1239 nəfər işlə təmin olunub.
İşəgötürənlər, işaxtaran şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış şəxslər linkdən keçid edərək “Məşğulluq marafonu”na qoşula bilərlər.