Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermiş partlayış zamanı 20 uşaq xəsarət alıb. Bu barədə 16 avqust tarixində Report TASS-yə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb.