Məkkədə güclü külək və yağış olub. Bu barədə İnsanoid bu gün, 23 avqust tarixində xəbər verib.
Səudiyyə Ərəbistanının Məkkə şəhərində fırtına və şiddətli yağış zəvvarlara, həmçinin şəhərin sakinlərinə çətin anlar yaşadıb.
Şəhəri bürüyən çətin hava şəraiti səbəbindən məktəblərdə bir günlük tətil elan edilib. Bəzi küçələri su basıb, nəqliyyat vasitələri sel sularının altında qalıb.
Hələlik insan tələfatı və şəhərə dəymiş ziyan barədə məlumat verilmir.