Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 091-ə çatıb. Bu barədə 12 sentyabr tarixində Report ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Son məlumata görə, təbii fəlakət nəticəsində 5 530 nəfər yaralanıb.
Qeyd edək ki, sentyabrın 8-i Mərakeşdə 6,9 maqnitudalı zəlzələ baş verib.