Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 862 nəfərə çatıb. Bu barədə İnsanoid “Asharq News” agentliyinə istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.
Yaralı sayı 2 600-ə çatır.
Sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub. Yeraltı təkanlar paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub. Mərrakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.