Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb. Bu barədə 12 iyul tarixində Report məlumat verib.
Məlumata əsasən, vaxtı ilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən, geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir.
Layihəyə əsasən, bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.