Masallı rayonunda 7 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub. Bu barədə aprelin 12-də Report məlumat paylaşıb.
Hadisə ilə bağlı mərhumun 29 yaşlı əmisi oğlu olan Təklə kənd sakini şübhəli şəxs qismində saxlanılıb.
Hazırda qadının basdırıldığı ərazidə axtarış işləri davam edir.