Cari ilin əvvəlindən indiyədək Masallı rayonunda 2 001,3 hektar ərazidən 55 min tondan çox tərəvəz yığılıb. Bu barədə 9 dekabr tarixində Masallı Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Beləliklə, orta məhsuldarlıq 278,3 sentner təşkil edib. Məlumata əsasən, ən çox pomidor, kartof və xiyar istehsal olunub.
Qeyd edək ki, məhsul yığımı davam edir.