Masallıda 7 il əvvəl əmisi qızını öldürən şəxs tutulub. Bu haqda aprelin 13-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Belə ki, 2015-ci ildə Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə məlumat daxil olub. Bununla əlaqədar 2019-cu il iyunun 11-də “insan alveri” maddəsilə cinayət işi başlanılmışdır.
Araşdırmalar zamanı onun qohumu tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Digər maddə ilə açılan cinayət işi “qəsdən adam öldürmə” maddəsinə tövsif edilib.