Dekabrın 15-i saat 14:38-də Masallı rayonunun Güllütəpə kəndində yerləşən ümumi sahəsi 300 m² olan fərdi yaşayış evində yanğın baş verib. Nəticədə biri azyaşlı olmaqla iki nəfər dünyasını dəyişib. Bu barədə FHN məlumat verib.
Məlumata əsasən, ikimərtəbəli beşotaqlı evdə yanğının söndürülməsinə 14:51-də başlanılıb.
Hadisə nəticəsində dəhlizin yanar konstruksiyaları və dam örtüyü yanıb. Alov söndürüldükdən sonra isə iki nəfərin meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.