Masallı rayonunun dörd sakinindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb. Bu haqda dekabrın 19-da Daxili İşlər Nazirliyi məlumat verib.
Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək məhkəməyə göndərilib.