Masallı rayonu, Təzə Alvadı kəndinin 21 yaşlı sakini Şəbnəm Əkbərli itkin düşüb. Bu barədə APA aprelin 13-də məlumat yayıb.
O, aprelin 12-si səhər saatlarında yaşadığı evdən çıxaraq geri dönməyib.
Şəbnəm Əkbərli 3 uşaq anasıdır.
Faktla bağlı araşdırma davam edir.