Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb. Bu barədə 10 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su anbarında çimərkən boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.