Masallıda 49 yaşlı kişi intihar edib. Bu barədə 11 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Göyəçöl kəndində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Adıgözəl Mirzəyev özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.