Masallı rayonunda 61 yaşlı kişi intihar edib. Bu barədə 31 iyul tarixində Report məlumat verib.
Rayonun Mollahəsənli kənd sakini, 1962 - ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev məlum olmayan səbəbdən bədəninin müxtəlif nahiyələrinə kəsici-deşici alətlə xəsarətlər yetirib.
Nəticədə o, aldığı xəsarətlərdən yaşadığı evdə dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.