Masazır qəsəbəsindəki restoranların birindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 31 iyul tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Hadisə iyulun 23-nə keçən gecə qeydə alınıb. Sözügedən ərazidə yerləşən restorandan 1 700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlandığı müəyyən edilib.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini Əvəz Məmmədov saxlanılıb. O, əvvəllər də eyni əmələ görə məhkum olunub.
Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də aşkar edilib.