Jurnalistlər üçün vergi güzəştlərini və sosial təminatları nəzərdə tutan layihələr hazırlanıb. Bu barədə 9 dekabr tarixində Apa Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova istinadən məlumat verir.
Onun sözlərinə görə, jurnalistlərin və digər media subyektlərinin 5 il müddətinə mənfəət və ƏDV-dən azad edilmələri təklif olunur.
“Sənəd tam hazır olduqdan sonra müzakirəyə təqdim ediləcək”, - deyə İcraçı direktor qeyd edib.