Əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün yeni dəstək mexanizmi yaradılır. Bu haqda 4 aprel tarixində Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində sözügedən sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə nəzərdə tutulur.
Eyni zamanda, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi tətbiq ediləcək. Subsidiyanın müddəti 1 ilədək, kredtin məbləği isə 3 milyon manatadək olacaq.
Qərarda qeyd olunub ki, 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.