Son günlərdə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Bu barədə 23 mart tarixində Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevə istinadən Report məlumat verib.
Direktorun sözlərinə görə, yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub: “Dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır”.