27 avqust tarixində Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın başlayıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün çalışır.