Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Bu barədə ANAMA noyabrın 30-da məlumat verib.
Ərazilər azad edildikdən sonra ümumilikdə 73 mülki şəxs minaya düşüb, onlardan 24-ü vəfat edib, digərləri isə xəsarət alıb.