Tərtərə müvafiq icazəsi olmadan keçən 2 nəfər saxlanılıb. Bu barədə dekabrın 30-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onların Laçın rayon sakinləri olduqları müəyyən edilib.
Minalardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə saxlanılanlardan biri inzibati qaydada 10 gün müddətinə həbs, digəri isə cərimə edilib.