Rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə mineral gübrələrin səyyar satışı xidməti davam edir. Bu barədə dekabrın 15-də Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Bugünə kimi 300-ə yaxın kənd və qəsəbə üzrə səyyar xidmət təşkil edilib.Sözügedən xidmətdən 2000-ə yaxın fermer yararlanıb. Sahibkarlar ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə ediblər.
Səyyar satışın təşkilinin əsas məqsədi fermerlərin gübrə alışındakı zaman və məsafə itkisinin qarşısını almaqdır.
Məhsulu sifariş etmək üçün sahibkarlar “Aqroservis”in 1659 satış məntəqəsinə müraciət edə bilərlər.
Gübrənin əldə edilməsi üçün yalnız “Fermer kartı” təqdim olunmalıdır. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-i fermer kartından çıxarılır, fermer əlavə ödəniş etmir.
Qeyd edək ki, xidmət sentyabr ayından etibarən “Aqroservis” ASC tərəfindən göstərilir.