AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov dekabrın 17-də məktəb direktorlarının təyinatı qaydasından narazı olduğunu bildirib.
“Mənə elə gəlir ki, direktorların imtahanla işə qəbulu artıq bir şeydir", - deyə sabiq təhsil naziri vurğulayıb.
Onun sözlərinə əsasən, məktəbdə işləyən ən nümunəvi və səriştəli müəllim direktor seçilməlidir.
“İdarəetmə qabiliyyəti, insanlara münasibət və digər məsələləri imtahanla qiymətləndirmək olmur. İmtahandan əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərlik edə bilərsən? Məktəb direktoru məktəbin öz içindən seçilməlidir", - deyə M. Mərdanov əlavə edib.