Dekabrın 21-də Şəmkirdə “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla görüş keçirəcək. Bu haqda dekabrın 20-də “Azəriqaz” məlumat verib.
Görüş Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq.
“Açıq mikrofon” aksiyası çərçivəsində "Azəriqaz"ın rəhbər şəxsləri sahibkarların təklif və problemlərini yerində aydınlaşdıracaq və müvafiq qərarlar verəcəklər.
“Səyyar qəbul otağı” dekabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.