Şəmkirdə idarəetməni itirən sürücü avtomobili kanala aşırıb. Bu haqda aprelin 9-da Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
İnsident rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini qəfildən sükana nəzarəti itirərək “Chery” markalı avtomobillə suya aşıb. O, hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.