Şəmkirdə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.
DİN-dən Report-a verilən məlumata görə, rayon sakini Kamil Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq etmiş və bununla da vətəndaşların haqlı narazılığına səbəb olmuşdur.
Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan sürücü inzibati məsuliyyətə cəlb olunub.