Şəmkirdə qanunsuz olaraq narkotik vasitə və silah saxlamaqda şübhəli bilinən rayon sakini saxlanılıb. Bu haqda dekabrın 21-də DİN məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxsin üzərindən sellofan torbada 450 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Daha sonra isə onun evindən qanunsuz əldə edib saxladığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı və 20 ədəd patron aşkar edilib.
Bu həftə ərzində vətəndaşlardan 21 silah götürülüb.
Cari ilin müvafiq dövrü ərzində Şəmkirdə ümumilikdə 61 odlu silah aşkarlanıb. Bu silahlardan 7-ni sakinlər könüllü olaraq təhvil veriblər. Aşkarlanan silahlardan 4-ü avtomat, 1-i tapança-pulemyot, 3-ü tapança, 3 ədədi isə yivli TOZ 8 silahıdır.