Şəmkirdə xəstəxanadan oğurluq edilib. Bu barədə martın 18-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının binalarının birindən ümumi dəyəri 4700 manat olan dam örtükləri oğurlanıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.