İşğaldan azad edilmiş ərazilərdə dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə mina aşkar edilib. Nəticədə 92 hektara qədər ərazi təmizlənib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Ümumilikdə azad edilən ərazilərdə bu günədək 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib. Eyni zamanda 635 kilometr yol çəkilib.
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən mövqelərimizə yeni təminat yolları çəkilir.