Dünən, dekabrın 8-i gecə saatlarında Kəlbəcər rayonu istiqamətində Ermənistan tərəfinin təxribatı nəticəsində hərbçi əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Bu barədə 9 dekabr tarixində Müdafiə Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata görə, müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.