Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbçi istiqaməti itirərək azıb. Bu barədə yanvarın 29-da Müdafiə Nazirliyi məlumat yayıb.
Keçirilən axtarışlar nəticəsində bu gün səhər saatlarında kiçik çavuş Cavad Hüseynov, əsgər Maşallah Hüseynov və əsgər Yasin Kərimov tapılıb. Baş leytenant Fuad Bağırovun axtarışı davam etdirilir.
“Tapılan hərbi qulluqçularımız Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb”, - deyə əlavə edilib.