Bu il üzrə 81 iddiaçıya elmi dərəcələrin, 14 iddiaçıya isə elmi adların verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunub. Bu haqda oktyabrın 15-də Ali Attestasiya Komissiyasının sədri bildirib.
Sədrin sözlərinə görə, komissiyada yeni texnologiya və proqramların imkanlarından faydalanaraq iddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi, yəni elmi plagiat faktlarının aşkar olunduğu hallara qarşı mübarizə sərtləşdirilib.