Növbəti tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri məlum olub.
Bu barədə 1 avqust tarixində Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.