Müdafiə nazirinin iki müavin postu ləğv olunub. Bu barədə 28 iyul tarixində APA məlumat verib.
Bu zamana qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi nazirin müavinləri idi.
Dəyişikliklər nəticəsində hər iki post ləğv edilərək müdafiə nazirinin müavinləri siyahısından çıxarılıb.
General-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi.
Nazir müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.