Uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Bu haqda məlumat aprelin 8-də qurumun saytında yerləşdirilib.
Qeyd edilib ki, növbəti tədris ilində uşaq musiqi və incəsənət məktəblərinin tələbələri üçün monitorinq imtahanının keçirilməsi də nəzərdə tutulub.
Həmçinin məzunların məlumatlarının “Musiqi məktəbi-məzun” sistemində əks olunması məsələsi diqqətə çatdırılıb. Məqsəd isə abituriyentlərin qabiliyyət imtahanlarına rahat şəkildə qeydiyyatdan keçməsidir.
“Hər il şagirdlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalı nəşr edilir. Bu il əlavə olaraq musiqi sənəti üzrə Kembric Universitetinin təcrübəsindən istifadə edərək yeni vəsaitin hazırlanması üzərində iş gedir”, - deyə məlumatda əlavə edilib.