2022-ci ildən musiqi məktəblərinə işə qəbul prosesi imtahan yolu ilə keçiriləcək. Bu barədə 28 dekabr tarixində Report mədəniyyət naziri Anar Kərimova istinadən məlumat verib.
Nazir mətbuat konfransında bildirib ki, ölkədə 220-yə yaxın musiqi məktəbi var. O əlavə edib ki, imtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır.