Myanmada 25 nəfər nefrit mədənində baş verən torpaq sürüşməsi nəticəsində itkin düşüb.
Bu barədə 14 avqust tarixində Report xarici KİV-yə istinadən xəbər verir.
Hadisə ölkənin şimalındakı Kaçin vilayətində avqustun 13-də qeydə alınıb.
Yeni torpaq sürüşməsi təhlükəsinə baxmayaraq, axtarış-xilasetmə işləri davam etdirilir.