Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində “Shacman” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib. Bu barədə APA aprelin 11-də xəbər yayıb.
Yük avtomobili öncə onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı maşına, daha sonra isə “Ford”a çırpılıb.
Bununla yanaşı, sözügedən ərazidə “Mercedes” markalı kiçik mikroavtobus onunla eyni istiqamətdə olan “Hyundai” markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Faktlarla bağlı araşdırmalar davam edir.